Dünyada baş verən bütün hadisələrə nəzər saldıqda sülhün və əmin - amanlığın bəşəriyyət üçün nə qədər vacib olduğunu açıq şəkildə təsəvvür etmək çox asan olur. İstər soyuq müharibələr, istərsə də dövlətlər arsındakı qanlı toqquşmalar bəşərə cinayətlərə gətirib çıxarır, nəticədə milyonlarla insanın həyatı məhv olur. 20-ci əsrin sonlarında bizə zorla sırınmış Qarabağ problemi bir milyon soydaşımızın zorla öz ata - baba yurdundan qovulması, 20 mindən artıq Azərbaycan vətəndaşının həyatını itirməsi, yüzlərlə həmvətənimizin soyqırıma məruz qalması ilə nəticələndi. Dinc şəraitdə öz vətəndaşlarının qayığıları ilə məşğul olmaq əvəzinə, ölkəmiz əsas diqqəti böyük köçkün kütləsinin yerləşdirilməsinə və torpaqlarımızı işğala məruz qoyan düşmənlə mübarizəyə yönəltdi. Məkrli düşmənlə atəşkəs müqaviləsi bağlamamıza baxmayaraq, qarşı tərəf mütəmadi olaraq atəşkəs rejimini pozur, təmas xəttində yerləşən kənd və şəhərlərimizdə yaşayan mülkü əhalinin ölümünə səbəb olurdu. Düşmənə layiqli cavab vermək üçün birinci növbədə ölkə iqtisadiyyatını dirçəltmək lazım idi . Həmin ağır dövrlərdə ölkəyə rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana xarici investorları dəvət etdi, ölkənin iqtisadi potensialını onlara izah etdi və onların ölkəmizə investisiya qoymalar üçün təşviq edə bildi. Ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üçün Beynəlxalq Neft Konsorsiumu ilə müqavilələr bağlandı. Görülən işlər, atılan addımlar tezliklə öz bəhrəsini verməyə başladı. Azərbaycan iqtisadi cəhətdən MDB dövlətləri arasında lider dövlətə çevrildi. Torpaqları işğal altında olan Azərbaycan ən müasir silahlarla təmin edildi və güclü ordu yaradıldı. Düşməndən qisas almağın vaxtı gəlib çatdı, ordumuz qısa zaman kəsiyində torpaqlarımızı murdar erməni faşistlərindən azad etdi. Artıq ölkəmiz də dünyanın sülh şəraitində yaşayan dövlətlətri kimi inkişaf yoluna qədəm qoymuşdur. Doğrudur, mənfur düşmən işğal altındakı ərazilərimizdəki yaşayış məntəqələrimizi vəhşicəsinə darmadağın etmişdir, amma ölkəmiz güclü iqtisadiyyatı ilə bütün bu çətinliklərin öhdəsindən layiqincə gələcəkdir. Bütün bunları deməyə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin beynəxalq forum və konfranslarsa etdiyi çıxışlar, xarici ölkələrə etdiyi intensiv səfərlər əsas verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 25 - də ADA Universitetində " Orta Dəniz boyunca : geosiyasi, təhlükəsizlik və iqtisadiyyat " mövzusunda beynəlxalq konfransda çıxış etmişdir. O, Azərbaycanın açıq dənizə çıxışının olmadığını, lakin Avropa ilə Asiyanın qovuşuğunda olmasına diqqət çəkərək qeyd etmişdir ki, ölkəmiz müxtəlif beynəlxalq əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsi üçün böyük əhəmiyət kəsb edir. Bu nöqteyi nəzərdən biz tərəfdaşlarımızla bərabər Bakı - Tbilisi - Qars dəmir yolu layihəsini həyata keçirdik və 5 il bundan öncə həmin yolun açılışını etdik. İndi yükdaşımaların həcmi artdığından biz bu yolun Gürcüstan ərazisindən keçən hissəsini genişləndirmək niyyətindəyik və bu işlər yüz milyon manat vəsait tələb edir. Əlbəttə, bu az məbləğ deyil, lakin biz bu işi həyata keçirəcəyik. Daha sonra ölkə Başçısı qeyd etdi ki, Xəzər dənizi vasitəsilə yükdaşımaların həcmini artırmaq üçün bizim geniş imkanlarımız vardır. İndi biz gəmilərin və gəmi bərələrin inşa edilməsi üçün gəmiqayırma zavodlarının tikintisi üzərində düşünürük. Çünki dünyada gedən hazırkı proseslər fonunda beynəlxalq yükdaşımaların həyata keçirilməsi üçün ən əlverişli mövqeyə malikdir. . Azərbaycan Prezidenti onu da qeyd etdi ki, işğaldan azad edilən ərazilərdə Laçın aeroportu istifadəyə verildikdən sonra bu əazilərdə tikilən üçüncü beynəlxalq aeroport olacaqdır. Bununla da Azərbaycandakı beynəlxalq aeroportların sayı doqquza çatacaqdır. Bu hava limanları təkcə sərnişindaşımalar üçün deyil, həm də beynəlxalq yükdaşımalar üçün də istifadə ediləcəkdir. Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, Azərbaycan doğru yoldadır və bu yol ölkəmizi daha da parlaq gələcəyə aparacaqdır. Ələddin Əhmədov, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi